1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Axşam saatlarında bəzən naringi yemək istəyi yaranır.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com yazır.
Bəs bu meyvələri gecə yatmazdan öncə yemək olarmı? Bu suala rusiyalı qastroenteroloq Mariya Kombarova cavab verib.
Mütəxəssis əmin edir ki, naringiləri təkcə gündüz deyil, gecələr də yemək olar. Ancaq yadda saxlamaq lazımdır ki, hər hansı digər qidalar kimi meyvələr yatmazdan iki saat əvvəl yeyilməlidir.
Onun sözlərinə görə, naringi bağırsaqların, immunitetin, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərən və müxtəlif xəstəliklərin riskini azaldan sağlamlıq üçün vacib olan vitaminlər, minerallar, lif və faydalı bitki birləşmələri ilə zəngindir.