AZ

TASS: Fidan Britaniyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

“Türkiyə xarici işlər naziri Hakan Fidan dekabrın 8-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr qlobal və regional səviyyədə Suriyadakı vəziyyətin inkişafının mənfi nəticələrinin qarşısının alınması üçün atılan addımlar müzakirə edilib”.

“İki sahil” xəbər verir ki, bu barədə  TASS-a Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd edilib ki, həmçinin Fidanın bazar günü Latviyanın xarici işlər naziri Baiba Braje və Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon əlaqəsi haqqında məlumat verib: “Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə edilib, sabit və firavan Suriyanın maraqları naminə terror təşkilatlarına qarşı mübarizənin davam etdirilməsinin vacibliyi vurğulanıb”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
24
ikisahil.az

1Mənbələr