Rumıniya prezidentliyinə müstəqil namizəd Kelin Corcesku bildirib ki, artıq 200 milyard dolları ötmüş dövlət borcuna görə ölkə suverenliyini itirə bilər...
Poliqon xəbər verir ki, bu barədə Bu barədə “Realitatea” telekanalı məlumat yayıb.
“Qlobal maliyyə sistemi dağılmaq ərəfəsindədir və Rumıniya artan dövlət borcu səbəbindən suverenliyini itirir. Bütün bunlar elitanı xalqın hesabına zənginləşdirməyə yönəlmiş siyasətin nəticəsidir”, deyə Corcesku bildirilb.
Rumıniya prezidentliyinə namizəd Konstitusiya Məhkəməsinin prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi ilə bağlı qərarından da narazılığını bildirib. Onun sözlərinə görə, bu qərar xarici seçki məntəqələrində səsvermə zamanı, o, artıq seçicilərin 80%-dən çoxunun dəstəyini qazandığı vaxt verilib. Bununla bağlı Kelin Corcesku belə bir fikir bildirib ki, bu, indiki hakimiyyətin mümkün siyasi dəyişikliklərdən qorxduğu üçün edilib.
“Mənim göstəricim indiki hakimiyyət sistemi üçün əlverişsizdir. Qorxdular, buna görə də bu hadisə baş verdi”, deyə Ruminya prezidentliyinə namizəd əlavə edib.
Siyasətçi milli birliyin vacibliyini qeyd edib və tərəfdarlarını dinc və qanun çərçivəsində aksiya keçirməyə çağırıb. O, Konstitusiya Məhkəməsinin doqquz hakiminin “xalqın iradəsini üstələmək və 19 milyon rumın üçün qərar vermək hüququna malik olmadığını” vurğulayıb.
Xatırladaq ki, noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Müstəqil namizəd Kelin Corcesku lider olub. O, 22,9% səs toplayıb, 19,17% isə NATO ilə yaxınlaşmanın tərəfdarı, Rumıniyanın Qurtuluşu İttifaqının lideri Yelena Laskoninin lehinə səs verib.
Konstitusiya Məhkəməsi dekabrın 6-da təşviqat kampaniyası zamanı qanunsuzluqlarla bağlı kəşfiyyat məlumatlarına istinad edərək seçkinin nəticələrini ləğv edib.
Poliqon.info