AZ

Britaniyanın maliyyə naziri “Breksit”dən sonra ilk dəfə avropalı həmkarları ilə görüşəcək

Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz (Rachel Reeves) bazar ertəsi Brüsseldə avrozonadan olan həmkarları ilə görüşəcək.

“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, bu, “Breksit”dən sonra ilk belə görüş olacaq. Bildirilir ki, görüşdə məqsəd etibar və praqmatizmə əsaslanan münasibətlər qurmaqdır.

Britaniyalı nazir ticarətə tətbiq edilən maneələrin aradan qaldırılması, həmçinin Britaniya və Avropa İttifaqı şirkətlərinə yeni imkanlar yaradılmasını müzakirə etmək istəyir.

Qeyd edək ki, Birləşmiş Krallığın Baş naziri Keyr Starmer də oktyabrda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşdə oxşar fikirlər səsləndirib.

Seçilən
21
ikisahil.az

1Mənbələr