Əsədin prezidentlikdən getməsi və Suriyanı tərk etməsi ilə bağlı ilk rəsmi açıqlamanı bazar günü səhər Rusiya Xarici İşlər Nazirliyi verib. Elə bu məlumatdan çıxış edərək Suriyanın keçmiş prezidentinin sağ olması barədə fikir yürütmək mümkün idi.
Lakin o anda Rusiya Xarici İşlər Nazirliyinin Əsədin harada olduğu barədə heç bir məlumat verməməsi təyyarənin vurulması barədə şübhələri gücləndirdi..
Daha sonra Rusiya mediası eyni vaxtda Kremldəki mənbəyə istinadən xəbər yayıb ki, Rusiya "humanitar mülahizələrə əsaslanaraq" Əsəd və onun qohumlarına sığınacaq verib. Artıq "cidanı çuvalda gizlətmək" mümkün deyildi.
İnd Bəşər Əsədin nədən ömrünün sonrakı günlərini yaşamaq üçün Rusiyada seçməsi müzakirələrin əsas mövzusu olacaq. Bu müzakirələr çərçivəsində ilk ehtimalımızı irəli sürək. Hazırki, beynəlxalq-siyasi şərait altında BƏŞƏR Əsədin və onun Suriya xalqından oğurladığı var-dövlətinin təhlükəsizliyini Rusiya kimi qoruya biləcək ikinci dövlət mövcud deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31