Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu baş tutub.
"Report"un məlumatına görə, "Kür" doğma meydanda "Azəryol"la üz-üzə gəlib.
Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 32:23.
İki oyun az keçirən "Kür" xallarının sayını 10-a çatdırıb və hazırda ikinci pillədə qərarlaşıb. Yeddi matçdan sonra eyni xala malik olan "Azəryol" üçüncüdür.