AZ

Lüks avtomobillərlə Dəməşqə axın etdilər - Video

Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra “Heyət Təhrir eş-Şam”ın (HTŞ) rəhbərlik etdiyi müxalif qruplar da Dəməşqə daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə insanın Dəməşqə axın etməsi tıxaca səbəb olub.

Belə ki, dronla çəkilmiş görüntülərdə yer alan avtomobillərin çoxunun lüks olması sosial şəbəkələrdə müzakirə yaradıb.

Qeyd edək ki, Suriya ordusunun müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu dekabrın 8-nə keçən gecə başa çatdıraraq Dəməşqi ələ keçiriblər.

Həmin görüntüləri təqdim edirik:

 

Seçilən
30
11
qafqazinfo.az

10Mənbələr