AZ

"Barselona"nın futbolçusu matçı zamanı dişini sındırıb

“Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo La Liqanın 16-cı turunun “Betis”lə oyununda (2:2) yarımmüdafiəçi Sergi Altmira ilə toqquşduqdan sonra ön dişini sındırıb.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, ispaniyalı oyunçu meydanda sınan dişini axtararkən matçın baş hakimi Alexandro Muniz Ruiz hətta oyunu dayandırıb. Olmo dişini meydanda tapıb və sonra "məyusluqdan" onu kənara atıb.

Bu mövsüm Olmo bütün yarışlarda 12 matçda 6 qol vurub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 60 milyon avrodur.

Seçilən
34
90deqiqe.az

1Mənbələr