AZ

Türkiyə keçid dövründə Suriyaya dəstək verəcək

Türkiyə Bəşər Əsədin istefasından sonra keçid dövründə Suriyaya hər cür dəstəyi verəcək. Bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.
 
Nəşr Ankaranın Suriyadakı siyasətinin üç prioritet istiqamətini qeyd edir: "yeni Suriyanın qurulması”, terrorçu Kürdüstan Fəhlə Partiyası və onun Suriya qolu olan Xalq Müdafiə Qüvvələrinə qarşı mübarizə və suriyalı qaçqınların geri qayıtmasının təmin edilməsi.
 
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyon suriyalı var.

Türkiyə sərhədlərində PKK-nın varlığına son qoymaq və sözdə terror dəhlizini bağlamaqda qərarlıdır.
 
Hürriyet yazır ki, Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu Suriyanın şimalındakı Mənbici ələ keçirdikdən sonra PKK-nın qonşu ölkənin Kobani və Qaşımlı bölgəsindəki varlığına son qoymaq niyyətindədir. Türkiyə hakimiyyəti bundan əvvəl qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında 30 kilometr dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduqlarını bəyan etmişdi.

Noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Əsəd daxili Suriya danışıqlarından sonra vəzifəsini və ölkəni tərk edərək Rusiyadan sığınacaq alıb.
 
Aytac 

www.anews.az
Seçilən
26
anews.az

1Mənbələr