AZ

Avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.

Bəs, Bakıda bütün marşrut xətləri üzrə ancaq elektrik mühərrikli avtobusların xəttə buraxılması nə dərəcədə real görünür? Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobuslar necə ola bilər?

Ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə qeyd edib ki, 2030-cu ilə qədər hazırda istismarda olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə isə xəttə hər dəfə elektrikli avtobuslar buraxılacaq.

AYNA-dan verilən məlumatda o da bildirlib ki, gələn il Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq. Elektrikli avtobuslar üçün infrastrukturun qurulmasına gəlincə, ekspertlərin sözlərinə görə, belə avtobuslar üçün əsas olan yükləmə məntəqələrinin sayının artırılmasıdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə şəhər ərazisində digər ərazilərdə də yükləmə məntəlqərinin sayının artırılması gözləniləndir.

 

Seçilən
26
21
sitat.info

10Mənbələr