AZ

Cənubi Koreya prezidenti ölkəni tərk edə bilməyəcək - QADAĞA QOYULDU

Cənubi Koreyanın korrupsiya araşdırması idarəsi ölkə prezidenti Yun Sok-Yelə səyahət qadağası barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bundan əvvəl ölkədə hərbi vəziyyət elan edən dövlət başçısına qarşı müvafiq tədbirlər görüləcək. 
 

Xatırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok-Yel respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Eyni zamanda jurnalistlər dövlət başçısının hərəkətlərini onun siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.


Cənubi Koreyada müxalifət partiyaları prezidentin impiçmenti ilə bağlı parlamentə təklif təqdim edib. Lakin son nəticədə sənəd lazımi sayda səs toplamayıb.

Bundan əvvəl müxalifət Cənubi Koreyada hərbi vəziyyətin tətbiqinin qanuniliyini yoxlamağı tələb edib.

Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr