Türkmənistan prezidenti İran nümayəndə heyətinin üzvlərini qəbul edib.
İnterpress.az xəbər verir ki,bu barədə TDH məlumat yayıb.
Türkmənistan prezidenti Berdiməhəmmədov İranın energetika naziri Əli Abadini və Mərkəzi Bankın sədri Fərzini qəbul edib. Neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və enerji resurslarının dünya bazarlarına çatdırılmasının şaxələndirilməsi imkanları müzakirə edilib.
Berdiməhəmmədov Aşqabadın ölkələr arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib
Xuraman Etibarlı
İnterpress.az