AZ

Premyer Liqa komandasında gizli araşdırma başladı – SON DƏQİQƏ

Premyer Liqada 16-cı tura bu gün yekun vurulacaq. Son oyun günündə 1 qarşılaşma keçiriləcək. «Turan Tovuz» evdə «Şamaxı»nı qəbul edəcək.
Bu matçdan öncə «şirlər»in düşərgəsində mühüm hadisələr yaşanmaqdadır. «Kütləvi təmizləmə»yə start verilib. İlkin Muradovun ardınca, Adil Nağıyev və Georgi Kantariya komandadan uzaqlaşdırılıb. Deyəsən, bu, son olmayacaq. Qarşıdakı günlərdə daha bir neçə nəfərin buradan kənarlaşdırılması gözlənilir.
Hər halda rəhbərlik nəticələrin pisləşməsindən dolayı hərtərəfli araşdırma aparır. Təhqiqat çox ciddi surətdə davam edir.
SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr