1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cənubi Koreya Prezidenti Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, qadağa Cənubi Koreyanın Korrupsiya Araşdırması Agentliyi tərəfindən tətbiq edilib.
Xatırladaq ki, Koreya Respublikasının prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib.
Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən altı saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.