AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına başlayır.
İdman.biz xəbər verir ki, baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib.
Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcəklər.
Komandanın heyətinə qapıçılar Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK), oyunçular Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”) və Rüstəm Bağırov (“Şuşa”) yer alıb.
Qeyd edək ki, millimizin İsveçlə qarşılaşması dekabrın 17-də Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq.
İdman.biz