AZ

Suriya Rusiya bazasının yerləşdiyi Tartus şəhərinə nəzarət edir – ÖZƏL

Suriyanın silahlı müxalifəti Rusiyanın hərbi bazalarının yerləşdiyi Latakiya vilayətinə tam nəzarət edir.

Olaylar.az xəbər verir ki, bu barədə yerli mənbə bildirib.

Onun sözlərinə görə, silahlı birləşmələr Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsini elan edəndən sonra Tartus və Cəblə şəhərlərinə daxil olub. Mənbə onu da vurğulayıb ki, müxalifətçilər Rusiyanın Tartus və Hmeymimdəki bazalarına soxulmayıblar.

"Dünən müxalifət Tartus və Cəblə şəhərləri də daxil olmaqla, Latakiya vilayətinə tam nəzarəti ələ keçirib. Müxalifətin silahlı qüvvələri normal fəaliyyətini davam etdirən Rusiya hərbi bazalarına soxulmaq niyyətində olmayıb və yoxdur", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr