AZ

Dövlət qurumundan “Providense Doyç” şirkətinə 8,6 milyon manatlıq – SİFARİŞ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti iki tenderə yekun vurub.

Su Ehtiyatları Agentliyinin yarım milyard manatlıq tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI

FED.az xəbər verir ki, hər iki tenderi “Providense Doyç” MMC udub və tenderlərdən toplamda 8 631 903 manat qazanıb.

Belə ki, qalib şirkət “Şəki rayonunun kəndlərinin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirliarx kanalının yenidən qurulması işləri” tenderi üzrə 3 568 811 manatlıq sifariş qəbul qəbul.

İkinci tender olan “Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 6 kiçik sututarlarda zəruri təmir-bərpası” tenderinin dəyəri isə 5 063 092 manat təşkil edib.

Seçilən
50
fed.az

1Mənbələr