Suriyada işgəncələri ilə tanınan Dəməşqin şimalındakı "Seydnaya" hərbi həbsxanası məhbuslar müxaliflər tərəfindən sərbəst buraxılıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Dəməşqdə minlərlə suriyalı mülki şəxsin işgəncə və ölümünə görə məsuliyyət daşıyan böyük hərbi həbsxana olan Sednaya həbsxanasında tapılan işgəncə alətləri görənləri dəhşətə gətirib.
Sednaya həbsxanası Əsəd rejiminin dinc əhaliyə verdiyi işgəncələrin mərkəzi kimi tanınır və “İnsan Qəssabxanası” da adlanır.
Həbsxananın metrlər altında uzanan 7 mərtəbədən ibarət olduğu və bu mərtəbələr arasındakı boşluqların betonla bağlandığı məlumdur.
Suriya müxalifəti həbsxananın yeraltı hissəsində rejim tərəfindən işgəncələrə məruz qalan minlərlə məhbusu azadlığa buraxıb. Mərtəbələrdə hələ də minlərlə insanın olduğu və ikinci mərtəbənin açılması üçün işlərin davam etdiyi bildirilib.
Həbsxanada ən azı 70 min məhbusun kömək gözlədiyi bildirilib.
Bildirilib ki, edam edilənlərin cəsədlərinin "Dəmir edam" cihazına yerləşdirilərək preslənərək, cəsədləri və sümükləri qəliblərə salınırmış.
Aytac,
Sitat.info