AZ

ABŞ təyyarələri İŞİD düşərgələrinə zərbələr endirdi

ABŞ Suriyada İŞİD-in düşərgələrinə hava zərbələri endirib. B-52, F-15 və A-10-lar da daxil olmaqla, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus çoxsaylı təyyarələrdən istifadə edilən əməliyyatda 75-dən çox hədəf vurulub.

Turkustan.az xəbər verir ki, ABŞ döyüş təyyarələri Suriyanın mərkəzində İŞİD-in məlum düşərgələrinə və yaraqlılarına qarşı hava əməliyyatları həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığının sosial media hesabından edilən açıqlamada əməliyyatlarla bağlı bu açıqlama verilib:

"Əməliyyat terror təşkilatının xarici əməliyyatlar keçirməsinin qarşısını almaq və mövcud vəziyyətdən istifadə edərək İŞİD liderlərini, üzvlərini və düşərgələrini dağıtmaq, zərərsizləşdirmək və məğlub etmək üçün davam edən missiya çərçivəsində həyata keçirilib. Suriyanın mərkəzi hissəsində yenidənqurma işləri aparmağa çalışırlar.

Əməliyyat B-52, F-15 və A-10-lar da daxil olmaqla, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus çoxsaylı təyyarələrdən istifadə etməklə 75-dən çox hədəfi vurub. Toqquşmalarda dəyən zərərin qiymətləndirilməsi işləri davam edir və mülki əhali arasında tələfat yoxdur. CENTCOM, bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birlikdə Suriyadakı bu dinamik dövrdə belə DEAŞ-ın əməliyyat imkanlarını zəiflətmək üçün əməliyyatları davam etdirəcək.

Şübhə yoxdur ki, biz İŞİD-in yenidən strukturlaşmasına və Suriyadakı mövcud vəziyyətdən yararlanmasına icazə verməyəcəyik. Suriyadakı bütün təşkilatlar bilməlidir ki, əgər İŞİD-lə ortaq olsalar və ya hər hansı bir şəkildə dəstəkləsələr, onları məsuliyyətə cəlb edəcəyik"- dedi.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
55
turkustan.az

1phrase_var_article.sources