AZ

Rusiya raket və sursat istehsalını gələn il daha da artıracaq

Rusiyada raket və sursat istehsalının əhəmiyyətli artımı 2025-ci ildə də davam edəcək

“Poliqon” xəbər verir ki, bu sözləri “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiyanın “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev deyib.

“Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər sursat istehsal olunmur. 2022-ci illə müqayisədə 2023-cü ildə sursat istehsalımız on dəfə, artilleriya mərmiləri altı dəfədən çox, tank mərmiləri 30 dəfədən çox, yaxın döyüş silahları 14 dəfə, YARS və TOS üçün raketlər altı dəfədən çox artıb. Artıq bu gün aydındır ki, cari ilin sonunda bu göstəricilər daha yüksək olacaq və onların əhəmiyyətli artımı 2025-ci ildə də davam edəcək”, – deyə B.Ozdoyev bildirib.

Seçilən
11
poliqon.az

1Mənbələr