İran İsrailin hava hücumu təhlükəsi səbəbindən Suriyanın istefa verən prezidenti Bəşər Əsədə kömək etməyib.
Publika.az xəbər verir ki, bu barədə gizli mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb və Tehranın İsrailə görə əlavə hərbi dəstək göndərə bilmədiyini qeyd edib. Üstəlik, İran Əsədə xəbərdarlıq edib ki, əgər yardım gəlsə, bu, məhdud olacaq.
Qəzetin yazdığına görə, Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumu təhlükəsi səbəbindən dönüş edib.