AZ

Məşhur liseyin rəhbəri oğlunu tikinti şirkətinin başına gətirir

"Sumqayıt Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Valyuta.az xəbər verir ki, yığıncaqda Alışov İdris Mönsüm oğlunun yeni sədr təyin olunması məsələsi müzakirə olunacaq. İdris Alışov "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğludur. 

Qeyd edək ki, "İdrak" Liseyi isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan "İdrak" liseyinin qanuni təmsilçisi, Alışova Natəvan Üzeyim qızıdır. 

Əvəz Həsənov

Seçilən
26
valyuta.az

1Mənbələr