AZ

Rusiya İl-76 qəzasında həlak olan əsirlərin cəsədlərini Ukraynaya təhvil verib

Yanvarda İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərini Rusiya Ukrayna tərəfinə təhvil verib...

Poliqon xəbər verir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

"Onlar təhvil verilib. Bu baş verdi və mən də orada idim", deyə RİA Novosti-yə müsahibəsində bildirib.

2024-cü il yanvarın 24-də Belqorod vilayəti üzərində 65 ukraynalı əsir olan Rusiya hərbi-nəqliyyat aviasiyasının İl-76 təyyarəsi vurulub. Əsirlər ruslarla dəyişdirilməli idi. Ümumilikdə 74 nəfər faciənin qurbanı olub.

Məhbusları rusiyalı üç hərbçi müşayiət edirdi, daha altı nəfər isə nəqliyyat ekipajının üzvü olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, uçuş Xarkov vilayətinin Liptsi kəndi yaxınlığında zenit-raket kompleksindən atılan iki raketlə vurulub.

Ukrayna Müdafiə Nazirliyi faktiki olaraq hücumu etiraf edib, lakin bildirib ki, onlara məhbusların çatdırılma yolları və formaları haqqında məlumat verilməyib.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr