Suriyada 27 noyabrdan sonra baş verən toqquşmalardan istifadə edərək mövqelərini genişləndirməyə çalışan terror təşkilatı PKK/YPG, Münbiç rayonu və Deyr əz-Zor xəttindəki ərazilərin azad olunması ilə geri çəkilməyə məcbur olub.
Sitat.info xəbər verir ki, Şamın mühasirəyə alınması və Əsəd rejiminin zəifləməsindən sonra rejimə qarşı çıxan Deyr əz-Zor qəbilə qüvvələri terror təşkilatına qarşı mübarizəyə başlayıb.
Qəbilə qrupları ölkənin şərqindəki Deyr əz-Zor şəhər mərkəzi, İraq-Suriya sərhədində yerləşən Əl-Bukəmal və Meyadin rayonlarından PKK/YPG-ni çıxarmağa müvəffəq olub.
Bu proses bölgədə təşkilatın nəzarət sahələrinin sürətlə azalmasına səbəb olub. Ekspertlər bu hadisənin regionda yeni siyasi və hərbi balanslar yaradacağını proqnozlaşdırır.
Kənan Yusif
Sitat.info