AZ

BMT forumunda Güney Azərbaycanda fəalların iqtisadi təzyiqlərlə üzləşdiyini gündəmə gətirdik

Bu yaxınlarda BMT-nin insan haqları üzrə ali şurasının təşkil etdiyi Azlıqlar Məsələləri, həmçinin Biznes və İnsan Haqları üzrə forumlarda Güney Azərbaycanda baş verən hüquq pozuntuları da hüquq müdafiəçiləri tərəfindən gündəmə gətirilib. Həmin forumlarda iştirak edən hüquq müdafiə qurumlarından biri AHRAZ cəmiyyətinin nümayəndəsi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə Cenevrədə təşkil olunan insan haqları forumları haqqında danışıb.

“Noyabrın 25-dən 29-yə qədər iki forum oldu. Birincisi BMT-nin İnsan Haqları Şurası tərəfindən 13-cü Biznes və İnsan Haqları forumu, bir də yenə həmin şuranın 17-ci azlıqlar forumu gerçəkləşdi. Mən iki foruma da qatıldım. Bu forumlardan öncə də Azlıqların Haqları Qrupunun 3 günlük bir çalışma oturumu var idi. Mən ona da qatılmışdım. O tədbir də önəmli idi. 60-a yaxın şəxs dünyanın fərqli ölkələrindən qatılmışdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azlıqların çalışma metodları, onların problemləri və o problemlərə necə yanaşmalarını yaxından görmək maraqlı idi. Bunun bizim işimizə də müsbət təsiri olacaqdır,” Şahin Xiyavlı bildirib. 

Birləşmiş Millətlər Təşkilatının Azalıqların Məsələləri üzrə Forumunun 17-ci sessiyasında azlıqların ictimai məkanda, təhsildə, mediada və mədəniyyət sahəsində təmsil olunması məsələsi diqqətdə olub.

Xiyavlının bildirdiyinə görə, türklər, ərəblər, kürdlər və bəluclar daxil olmaqla İranın müxtəlif etnik icmalarının nümayəndləri builki azlıqlar forumunda iştirak ediblər.

“İran höküməti tərəfindən keçən forumlarda heyət olaraq qatılmışdılar. Bu dəfə sadəcə bir nəfər gəlmişdi. O da bəzən NGO-ların (QHT-qeyri-hökumət təşkilatları) nümayəndələrinin məruzələrinə etiraz edirdi,” hüquq müdafiəçisi söyləyib. “Bizim çox aktual bir məsələmiz budur ki, hər hansı bir aktivist hətta tutulmayanlar belə təhlükəsizlik qüvvələri tərəfindən iş baxımından basqıya məruz qalırlar. Özəlliklə tutulan aktivistlər dövlət sektorunda iş imkanı tapa bilmir. Bu məsələni gündəmə gətirdim. Hətta xəbərlər gəlir ki, özəl sektorda özünə bir biznes qurmaq istətəyən fəallara əngəllər törədirlər təhlükəsizlik qüvvələri. Nəticə etibarı ilə biznes qapatılmağa doğru gedir və iflas edir. O aktivistlərin ailəsinə də bu basqılar var iş dünyasında”, BMT-nin Biznes və İnsan Haqları üzrə forumuna da qatılan Şahin Xiyavlı əlavə edib.

visiontv.az



Seçilən
36
visiontv.az

1Mənbələr