AZ

Buna görə Minanın başını keçəl qırxdırıblar

Müğənni Mina Hüseyn illər əvvəl başına gələn hadisənin pərdəarxası məqamlarından söz açıb.

OLAY yazır ki, “İncə səhər” verilişinə müsahibə verən sənətçi bildirib ki, illər əvvəl “Ağabəyovlar” serialına çəkildiyinə görə saçlarını 4 dəfə keçəl qırxdırmağa məcbur olub.

“Bəli, bu doğru xəbərdir. Saçlarımı “Ağabəyovlar” serialına görə qırxmışdım. O zamanlar həmin serialı keçmiş “ANS” telekanalı çəkirdi. Məhz o serial üçün mən 4 dəfə saçımı dibindən tamamilə qırxmışdılar. Bu çox maraqlı mövzudur və indiyə kimi bu haqda heç yerdə ve heç zaman danışmamışam. Saçımı qırxdırandan sonra başıma şal atıb, gəzirdim. Amma bunu görəndə şalı başımdan çıxarırdılar. Deyirdilər ki, olmaz, sən komplekssiz gəzməlisən, çünki sən aktrisa və müğənnisən”, - deyə, Mina vurğulayıb. 

Seçilən
16
16
olay.az

10Mənbələr