AZ

Türkiyənin inşaat, sement və dəmir-polad şirkətlərinin səhmləri Əsəd rejiminin süqutu ilə bahalaşır

İstanbul Birjası (Borsa İstanbul) yeni həftəyə artımla başlayıb.

Marja.az xəbər verir ki, həftə sonu Bəşər Əsədin Dəməşqi tərk etməsi ilə Suriyada 61 illik rejim süqut edib.

Ekspertlərin fikrincə, növbəti mərhələdə Suriyanın yenidən qurulması da var. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 10 ildən çox davam edən vətəndaş müharibəsində ölkənin infrastrukturunun 40 faizi dağılıb.

BMT-nin hesablamalarına görə, Suriyanın bərpası üçün 400 milyard dollar lazımdır. Ankaranın müxalifətə verdiyi dəstək sayəsində yenidənqurma prosesində Türkiyə şirkətlərinin də böyük pay alacağı düşünülür.

Bazar artıq bu ideyaya qiymət verməyə başlayıb. Birjada tikinti indeksi günə 5-dən çox yüksəlişlə başlayıb.

Saat 12:30-a olan məlumata görə, ən çox dəyər qazanan səhmlərə baxdığımızda - sement, inşaat, dəmir-polad və tikinti yan sənaye stoklarda fəaliyyət göstərən şirkətlərin səhmlərində bahalaşma müşahidə olunur.

Seçilən
35
marja.az

1Mənbələr