Ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Baas rejiminin devrilməsindən sonra Suriyaya qayıtmaq üçün Hataydakı Cilvegözü Sərhəd Qapısına toplaşıblar.
Suriyalılar səhər saatlarından Reyhanlı rayonundakı sərhəd qapısında növbəyə düzülərək gömrük prosedurlarını gözləyiblər.
Ölkələrinə qayıtmaq istəyən çox sayda suriyalı Cilvegözü Sərhəd Qapısı qarşısında sıxlıq nümayiş etdirib.
Jandarma qrupları qapıda tıxacın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrı bir keçid məntəqəsi yaradıb. Buradakı yoxlamalardan sonra sərhədi keçməyə münasib hesab edilən suriyalılar Cilvegözü Sərhəd Qapısına istiqamətləndirilir.