"Son 4 ildə Suriyada vəziyyət kifayət qədər sabit idi. Çünki həm qlobal, həm də regional dövlətlər digər münaqişələrlə məşğul idilər və onların yeni bir münaqişə ocağı yaratmağa resursları yox idi". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Suriya donmuş münaqişələr siyahisində istiləşməni gözləyirdi. Eyni zamanda, Bəşər Əsəd rejimi də kürdlərdən təşkil olunmuş terror təşkilatları- PKK/PYD/SDF ilə işgüzar əlaqədə olaraq, Rusiyanın havadan, İranın qurudan dəstəyinin örtüyü altında özünü təhlükəsiz hiss edir və İsrailin mütəmadi bombardmanları altında xaosun başlaması gözləntisi ilə mövcudluğunu davam etdirirdi. Kürd Terror təşkilatları PKK-nın idarəsi altındakı qüvvələrini Fəratın şərqində və Qərbində neçə eksklavla cəmləşdirmişdi. Suriya Müvəqqəti Hökuməti Suriya Milli Ordusu (SNA) ilə birlikdə ölkənin şimal-qərbində öz hakimiyyətini möhkəmləndirməklə məşğul idi.
Bəşər Əsəd özünü o qədər təhlükəsiz hiss edirdi ki, türkiyənin dəfələrlə sülh və danışıqlar üçün uzatdığı əli geri qaytarmağa cürət etdi. Rusiya və İran da Ərdoğanın geri qaytarılan əlinin arxasında dayanan hadisələrin nəticələrini proqnozlaşdıra bilmədilər. Nəhayət, Heyət Təhrir Əl-Şam (HTŞ) 3 milyondan çox suriyalının ilişib qaldığı İdlibdən kənara çıxıb fəaliyyətə başladı".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31