AZ

Əməkdar artist kliniki ölüm keçiribmiş

Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirtdiyini açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi “Pərvizə görə” verilişində danışıb.

 F.İbadova bildirib ki, çəkilişlərin birində halı pisləşib və yerə yıxılıb:

“Kliniki ölüm keçirtdim. Çəkiliş idi. Ramazan ayı idi. Müğənni Xatun dedi ki, yanımızda siz də olun. Ölməyim ani oldu. Stress keçirdirdim, psixoloji düşüncələr yaranmışdı. Çox qapalı insanam. Hər şeyi qapayıram və qapıları örtürəm. Əlimi stola qoymaq istədim, əlim çatmadı və yıxıldım. Yaxşı ki, başım dəmir seyfə dəymədi. Yoxsa öləcəkdim. Təvili yardım çağırdılar. Təxminən 5 dəqiqədən sonra ayıldım. Uşaq, böyük insan ayaqları görürdüm. Otluqda insanlar gəzirdi”.

Seçilən
12
25
olay.az

10Mənbələr