AZ

“Əsəd xalqı ilə barışmağa çalışmadı” – Hakan Fidan

“Suriyalı qardaşlarına çətin günlərində əl uzatan Türkiyə, Dəməşqdə açılan yeni səhifədə də onların yanında olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı son prosesləri dəyərləndirərkən deyib.

“Əsəd öz xalqı ilə barışmağa çalışmadı. Prezidentimizin çağırışlarına müsbət cavab verməməsi bizim nə qədər haqlı olduğumuzu ortaya qoyur. İndi Suriyanın gələcəyinə diqqət yetirmək lazımdır. Biz fərqli etnik qrupların bir yerdə yaşadığı Suriya xəyal edirik. Bütün tərəflərlə koordinasiyada olacağıq. Suriyanın ərazi bütövlüyünü təmin etmək üçün hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq”, - nazir bildirib.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr