AZ

“Arağı tərgitməsəm, ölə bilərdim” – Xalq artisti

Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.

Dərgi.az xəbər verir ki, bu barəəd aktyor jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində açıqlama verib.

O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib:

“O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər. Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi. Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdular. Sonra da məlum hadisələr başladı. Bizim bədnam qonşularımız… Həmişə deyirəm, ermənilər yaşamırlar. Bizə də imkan vermədilər yaşamağa. Ardınca Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizdə qaldı. O da belə özünü büruzə verdi ki, özümüzü necə sakitləşdirə bilərik? Onda da bir az Moskvaya, Rusiyaya köklənmək var idi. Çünki bu gün də Rusiya dünyanın teatr mərkəzlərindən biridir. Orada da böyük aktyorlar var idi, çox adam onlara görə, düzlənirdi. Eşidirdik ki, onlar da içirlər, biz də içirdik. Sonra bədən dözmədi, mən tövbə etdim, tərgitdim. Haradasa 28 ildir tərgitmişəm. Bunun da bəhrəsini gördüm, bəlkə də tərgitməsəm, onda ölə bilərdim. İkinci yox, bu üçüncü bahardır. Çünki 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar, DTX-nın poliklinikasının həkimləri məni həyata qaytardılar. Hələ ki yaşayıram”.

Seçilən
6
6
dergi.az

7Mənbələr