AZ

ERMƏNİLƏRİN ÇALDIĞI HAVAYA OYNAMAYIN

O gün bizim politoloqlardan biri deyir ki, Dağlıq Qarabağdan Ermənistana  110 min erməni köçüb. 

Tamamilə boş sözlərdi. Dağlıq Qarabağda heç vaxt 110 min erməni yaşamayıb. 

Əslində bu ərazidə  120 min əhali yaşayırdı ki, onun 80 mini erməni idi, 40 mini də  azərbaycanlı.  Hələ  o 80 min də saxtaydı, çünki ermənilərin  sayını artırmaq üçün elə qurmuşdular ki, həm Bakıda, həm də İrəvanda qeydiyyatda olan erməniləri Xankəndində və ətrafdakı  erməni  kəndlərində də qeydiyyata salırdılar. 

Hətta Dağlıq Qarabağdan Bakıya, Gəncəyə oxumağa gedən azərbaycanlı gəncləri geri qayıdanda  öz doğma yurd-yuvalarına qeydiyyata  salmırdılar. 

Məsələn, mənim bir tələbə yoldaşım rəhmətlik Rauf Kazımov təyinatla Şuşaya göndərilsə də,10 ildən çox həkim, baş həkim  işləsə də Şuşa qeydiyyatına  düşə bilmədi. 
 

Seçilən
27
adalet.az

1Mənbələr