AZ

Çin 13 ildə ilk dəfə olaraq pul siyasətini dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin 2011-ci ildən bəri ilk dəfə olaraq pul siyasəti mövqeyini dəyişməyə qərar verib.

Banco.az xəbər verir ki, Siyasi Büronun iqtisadiyyatla bağlı iclasında pul siyasətinin orta dərəcədə yumşaq olacağı mesajı verilib.

Bununla belə, 2025-ci ildə fiskal siyasətin daha fəal olacağı açıqlanıb.

Çin sədri Si Cinpinin sədrliyi ilə 24 yüksək vəzifəli məmurdan ibarət Siyasi Büro iclasında istehlakın artırılacağı, daşınmaz əmlak və maliyyə bazarlarının sabitləşəcəyi mesajları verilib.

İclasda investisiyaların səmərəliliyinin artırılacağı da vurğulanıb. Siyasi Büro həmçinin bəyan edib ki, Çin kritik sahələrdə sistem risklərinin qarşısını alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
32
banco.az

1Mənbələr