Rusiya Federasiyasının Suriyadakı hərbi mövcudluğunu qoruyub saxlamayacağı barədə danışmaq hələ tezdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu haqda danışmaq hələ tezdir, bu, Suriyada hakimiyyətdə olacaqlarla müzakirə olunacaq məsələdir. İndi transformasiya, qeyri-sabitlik dövrüdür, ona görə də vaxt aparacaq və sonra hakimiyyətdə olacaqlarla görüş olacaq”, - Kreml nümayəndəsi qeyd edib.