AZ

Rusiya Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla kruiz marşrutlarını inkişaf etdirməyi planlaşdırır

Bakı. Trend:

Rusiya Nəqliyyat Nazirliyi Azərbaycanın, İranın, Türkmənistanınvə Qazaxıstanın iştirakı ilə beynəlxalq kruiz marşrutlarınıninkişaf etdirilməsi üçün Mahaçqala və Dərbənd limanlarınıninfrastrukturunun modernləşdirilməsini planlaşdırır.

Bu barədə Trend nazirliyəistinadən xəbər verir.

“Mahaçqala və Dərbənd limanlarında kruiz gəmilərinin qəbulu üçünliman infrastrukturunu modernləşdirmək və inkişaf etdirməklazımdır. Burada, həmçinin, Azərbaycan, İran, Türkmənistan vəQazaxıstanla beynəlxalq marşrutların inkişafı üçün böyük potensialvar. Bunun üçün limanlarda dövlət sərhədindən keçid məntəqələrininyaradılması və hökumətlərarası sazişlərin imzalanması tələbolunur”, – deyə məlumatda qeyd olunur.

Bildirilib ki, yeni kruiz gəmisi gələn il ilk dəfə Xəzərdənizinin sularına çıxacaq.

Kombinə edilmiş marşrut Mahaçqala və Həştərxan dəniz limanlarınıRostov-na-Donu və Volqoqrad kimi çay şəhərləri ilə birləşdirəcək.Bu kombinə edilmiş kruiz Xəzər regionunda turizm axınının artmasıüçün yeni imkanlar yaradacaq, həmçinin, Volqa çayının aşağıaxınlarında kruizlərin inkişafını stimullaşdıracaq.

Bundan başqa, 2025-2026-cı illərdə Nijni Novqorod zavodundatikilən “Kareliya” layihəsinin “çay-dəniz” sinfinə aid üç kruizlaynerinin istismara verilməsi planlaşdırılır.

“Sözügedən gəmilər daxili su yolları, Xəzər, Qara, Azov və Ağdənizlər üzrə kombinə edilmiş marşrutlarda istifadə ediləcək”, –deyə məlumatda vurğulanıb.

Seçilən
27
1
az.trend.az

2Mənbələr