Suriyada insanlar Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini sındıraraq küçələrdə sürüyüblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 61 illik Baas rejiminin devrilməsindən sonra qeyd etmələr davam edir.
Suriyada insanlar Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini sındıraraq, yük maşınının arxasına bağlayaraq sürükləyiblər.
Suriyalılar təkbir deyib, Əsəd əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Suriyada 1963-cü ildə hakimiyyətə gələn 61 illik Baas rejiminin devrilməsindən sonra insanlar bayramı davam etdirir.
Gülay