Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunmasına çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, Murillo “Doha Forum 20242-də "Fələstində daha bir il faciənin qarşısının alınması:
İrəliyə doğru yol açmaq" panelində iştirak edib. Murillo burada etdiyi çıxışında Kolumbiyanın sülh və həyat üçün diplomatiyanı dəstəklədiyini ifadə edib:
"İnsanların insan hüquqlarını və ləyaqətini qoruduğumuz zaman həyatı dəstəkləmiş olarıq". Qəzzada baş verən hücumların soyqırım kimi qeydə alındığına diqqət çəkən Murillo "Körpələrin də olduğu 45 mindən çox adam öldürüldü. Bu qətllərin 70 faizi qadın və uşaqlardı. Bu fakt qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur",- deyib.
Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunması çağırışını təkrarlayıb və İsraili beynəlxalq sistemin tələb etdiyi qərarları yerinə yetirmədiyi üçün tənqid edib.
Xatırladaq ki, Dekabrın 7-8-də Qətərin paytaxtı Dohada "Doha Forum 2024" keçirilib.