Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 141 milyon 965min ABŞ dolları dəyərində 118 922 ton tomat ixrac edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 15 milyon 885 min ABŞ dolları (12,6%), həcm baxımındanisə 5 604 ton (4,9%) çoxdur. Ötən ilin ilk 10 ayında isəAzərbaycandan 126 milyon 80 min ABŞ dolları dəyərində 113 318 tontomat ixrac edilmişdi.
Bu ilin 10 ayında tomat ixracı Azərbaycanın ümumi ixracının0,62%-ni təşkil edib.