AZ

Əsədin evində talan başladı: Lüks avtomobil kolleksiyası və... - YENİ GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Suriya müxalifəti Dəməşqi ələ keçirdikdən sonra Bəşər Əsəd ölkədən qaçıb.

Musavat.com xəbər verir ki, Əsədin dayanacağında çoxlu Ferrari avtomobilləri də daxil olmaqla lüks avtomobillərin görüntüləri dünya mətbuatında şok effekti yaradıb.

Sözügedən avtomobillərin ələ keçirildiyi bildirilib. Eyni zamanda Bəşər Əsədin evi də yerli sakinlər tərəfindən qarət edilib. Suriyalılar evə girərək gördükləri əşyaları yağmalayıb. 

Sosial mediada trend olan görüntülərdə bəziləri havaya atəş açıb, bəziləri saraydan bahalı boşqabları götürüb, bəziləri isə çamadanını doldurub.

Sosial media istifadəçilər görüntülərə “Saray camaatdan oğurlanan pulla tikilibsə, sökülməyə, talanmağa məhkumdur” kimi şərhlər yazıblar.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

4

 

3

2

1

5

 

Seçilən
11
musavat.com

1Mənbələr