AZ

Eyyub Kərimli: "ƏDV-dən azadolma investisiya mühitini yaxşılaşdıracaq"

İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında torpaq icarəsi üzrə ƏDV-dən azadolmanın sahibkarlıq və investisiya mühitinə müsbət təsirlərindən bəhs edib.

Onun sözlərinə görə, güzəştlərin tətbiqi sahibkarlıq fəaliyyətinin genişlənməsinə, vergi yükünün azalmasına və həm dövlət, həm də özəl sektorda torpaq icarəsindən gəlirlərin artmasına səbəb olacaq. QHT sədri vurğulayıb ki, bu dəyişikliklər torpaqların icarəyə verilməsində gəlirləri artıraraq, həmin sahələrdə müəssisələrin qurulması və investisiyaların yatırılması üçün əlverişli mühit yaradacaq.

Eyyub Kərimli həmçinin bu güzəştlərin işğaldan azad edilmiş ərazilərdə tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

"Düşünürəm ki, işğaldan azad edilmiş bölgələrdə torpaqların icarə verilməsi ilə daha çox investisiya cəlb olunacaq və bu da həmin ərazilərdə iqtisadi inkişafı stimullaşdıracaq. Bu addım həm sahibkarlar, həm də ölkə iqtisadiyyatı üçün mühüm faydalar gətirəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
42
qht.az

1Mənbələr