AZ

AFFA rəhbərliyində fikir ayrılığı yarandı: Prezident bu adamı qovmaq istəyir, o isə...

AFFA-nın İcraiyyə Komitəsi (İK) qarşıdakı günlərdə bir araya gələcək.

Dekabrın 13-14-ü aralığında keçirilməsi nəzərdə tutulan toplantıda bir sıra məsələlər müzakirəyə çıxarıcaq.

Şübhəsiz, əsas mövzu milli ilə bağlıdır. Fernandu Santuşun istefaya göndərilməsi gündəmdədir.

Bu, Rövşən Nəcəfin istəyidir. AFFA prezidenti fikrində qətidir və komitə üzvlərinin də onun mövqeyini dəstəkləyəcəyinə əmindir.

Rövşən Nəcəf yığmanın Millətlər Liqasının C Liqasında biabırçı nəticəyə imza atmasına hiddətlənib.

I qrupunda keçirdiyi 6 oyunun 5-də məğlubiyyətin və yalnız 1 heç-heçənin qeydə alınması, nəticədə komandanın D Liqasına yuvarlanması qurumun birinci şəxsinə çox pis təsir edib.

Nəcəf ictimai rəyin əleyhinə çevrilməsindən pərişan olub, çünki əsas tənqid ucları ona yönəlib. Üstəlik, üst dairələrdən narazılıq dolu mesajlar alıb.

Santuş bu ilin yayında millinin başına gətirilib. AFFA portuqaliyalı mütəxəssislə 4 illik müqavilə bağlayıb.

İcraiyyə Komitəsinin iclası ərəfəsində federasiyanın rəhbərliyində fikir ayrılığı mövcuddur. Elşad Nəsirov Rövşən Nəcəfə müxalif mövqedə dayanıb.

2004-cü ildən vitse-prezident postunu tutan bu şəxs Fernandu Santuşun iş başından uzaqlaşdırılmasının qəti əleyhinədir. Nəsirov ona daha bir seçmə mərhələdə şans verilməsinə tərəfdardır və baxışlarını Nəcəfin diqqətinə çatdırıb.

Vitse-prezidentin fikrincə, Millətlər Liqasındakı nəticələrə görə sabiq «Beşiktaş»lının fəaliyyətinə birmənalı qiymət vermək olmaz, o, DÇ-2026-nın seçmə mərhələsində də görəvində qalmalıdır.

Nəsirov AFFA-da böyük gücdür. Onunla hamı hesablaşır. Mərhum Ramiz Mirzəyev və ondan sonra prezident seçilmiş Rövnəq Abdullayev də vitse-prezidentin bir kəlməsini iki eləməyib.

Düz 20 ildir ki, AFFA-nın milli ilə bağlı strtategiyasını Nəsirov müəyyənləşdirir. Bu sahə faktiki olaraq onun kurasiyasındadır. Ötən müddətdə yığmanın başına hansçı əcnəbi keçibsə, hamısının xeyir-duasını o verib.

Rövşən Nəcəfin özündən əvvəlki başqanlar kimi davranıb-davranmayacağını, yəni, Elşad Nəsirovun sözüylə oturub-durmayacağını isə qısa zamanda görəcəyik.

SPORTİNFO.AZ

Seçilən
22
50
sportinfo.az

10Mənbələr