AZ

"Şamaxı"nı tərk edən gürcü "Kəpəz"ə keçir? - Azər Bağırov açıqladı

"Kəpəz"in baş məşqçisi "Şamaxı"dan ayrılan gürcü yarımmüdafiəçi Georgi Kantariyanın sabiq komandasına - Gəncə təmsilçisinə qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Onun Fanat.Az-a açıqlaması belə olub:

"Kantariyanın heyətə cəlb edilməsi gündəmdə deyil. Rəhbərliklə çərşənbə günü və ya cümə axşamı görüşərək transfer məsələlərini müzakirə edəcəyik. Vəziyyət elədir ki, bu qış yalnız ən ciddi çatışmazlıq olan mövqelərə yeni oyunçular götürə bilərik. Görüşdən sonra bu yöndə nəyi və necə edəcəyimizi müəyyənləşdirəcəyik. Hər bir oyunçunu dərindən araşdırmalı, doğru addımlar atmağa çalışmalıyıq. Söylədiyim kimi, hazırda Kantariyanın "Kəpəz"ə gətirilməsi barədə düşünmürük".

Xatırladaq ki, sözügedən futbolçu 2022/2023 mövsümündə "Kəpəz"in uğurları üçün çalışıb.

Nihat

Seçilən
23
fanat.az

1Mənbələr