AZ

“Qabaqcıl mühüm infrastruktur təhlükəsizliyi və terrorist hücumlarına qarşı dayanıqlılıq”mövzusunda təlim kursu həyata keçirilir

Bakı. Trend:

9-13 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycanın“Sülh naminə Tərəfdaşlıq” (SNT) Proqramının Çərçivə Sənədinəqoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsindəAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığıilə Ankarada yerləşən Terrorizmə Qarşı Müdafiə üzrə MükəmməllikMərkəzi (TQMMM) tərəfindən “Qabaqcıl mühüm infrastrukturtəhlükəsizliyi və terrorist hücumlarına qarşı dayanıqlılıq”mövzusunda təlim kursu həyata keçirilir.

Trend xəbərverir ki, təlim kursu çərçivəsində iştirakçılar terrorçularındövlət və özəl sektorda mövcud olan boşluqlardan istifadə etməsi,terror hücumlarının əsas hədəfləri, bu sahədə əsas narahatlıqlar vəonlara qarşı ikitərəfli və regional cavab tədbirləri, tətbiqolunmuş effektiv proqramlar, böhran vəziyyətlərinin idarə olunması,müxtəlif sahələrdə həyata keçirilən təhlükəsizlik və dayanıqlılıqtədbirləri və s. barədə məlumatlandırılacaq.

Tədbir zamanı, həmçinin dövlətlərin təhlükəsizliyinə artantəhdidlər mühitində mühüm infrastrukturun təhlükəsizliyinineffektiv şəkildə təmin edilməsi üsulları, mühüm enerjiinfrastrukturlarının dayanıqlılığının artırılması təcrübələriaraşdırılacaq.

Bir həftə ərzində davam edəcək təlim kursunda Azərbaycanınmüvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcək.

Məqalədə:
Seçilən
27
5
az.trend.az

7Mənbələr