AZ

Azərbaycanda geyim istehsalı kəskin artıb - Rəqəmlər

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 686 min 400 ədəd üst geyim istehsal olunub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. Bununla yanaşı, bu dövrdə 1 milyon 351 min 100 ədəd alt geyim (ötən illə müqayisədə 2 dəfə çox), 4 milyon 90 min 700 ədəd sair geyim (ötən illə müqayisədə 27,1% az), 3 milyon 135 min 100 ədəd corab (ötən illə müqayisədə 3,7% çox) istehsal edilib.

Bunlardan başqa, 46 min 500 kvadrat metr emal edilmiş dəri (ötən illə müqayisədə 1,5% çox), 759 min 600 cüt ayaqqabı (ötən illə müqayisədə 23,6% çox) istehsal olunub.

Əvəz Həsənov

Seçilən
32
valyuta.az

1Mənbələr