AZ

Suriya səfirliyi Əsədin yerini təsdiqlədi

Suriyanın Rusiyadakı səfirliyi Bəşər Əsədin Moskvada olduğuna dair xəbəri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatik nümayəndəlik keçmiş prezidentlə heç bir əlaqəsinin olmadığını bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda Bəşər Əsədin Suriya prezidenti vəzifəsindən istefa verdiyi və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk etdiyi qeyd edilib.

Daha sonra Kremldəki mənbə Əsəd və ailə üzvlərinin Moskvaya gəldiyini bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
17
teleqraf.com

1Mənbələr