AZ

Cey Z də təcavüzdə ittiham olunur

Məşhur müğənni Beyonsun həyat yoldaşı, reper Cey-Z "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsla birlikdə 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.

Kulis.az xəbər verir ki, hadisə 2000-ci ildə MTV Video Musiqi Mükafatları mərasimindən sonra baş verib.

Qızın mərasimdən sonra qonaqlığa dəvətsiz gəldiyi iddia edilib. O, əvvəlcə orada sərxoş edilib, sonra isə reperlər tərəfindən təcavüzə məruz qalıb.

Bütün bu baş verənləri izləyən şəxsin olduğu deyilib. Hələlik həmin şəxsin kimliyi açıqlanmayıb. Qeyd olunub ki, 13 yaşlı qız daha sonra oradan qaça bilib.

Cey-Z isə iddiaları təkzib edib.

Seçilən
31
1
kulis.az

2Mənbələr