Dünən Türkiyədə keçirilən "Altın Kelebek" mükafatlandırma mərasimində Simge Sağın ən yaxşı qadın müğənni mükafatını alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müğənniyə mükafatını Sinan Akçıl təqdim edib.
Akçılın Simgeni səhnəyə çağırarkən işlətdiyi ifadələr müzakirələrə səbəb olub.
Belə ki, Akçıl mükafatı açıqlayarkən "Wanda Nara çox üzüləcək, amma Simge Sağın" deyib.
Onun bu ifadəsinə izləyicilər gülərək reaksiya verib.