AZ

Türkiyədəki suriyalı qaçqınlar vətənə qayıtmaq üçün sərhəddə toplaşırlar

Türkiyədəki suriyalı qaçqınlar vətənə qayıtmaq üçün Hatay cənub vilayətindəki “Cilvelozu” keçid məntəqəsində uzun növbələr yaradıblar.

Suriyada 61 ildir hakimiyyət başında olan Baas rejiminin devrilməsi xəbərləri fonunda qaçqınlar Türkiyə-Suriya sərhədinə axışıb.

Sərhədin kütləvi şəkildə keçilməsinin qarşısını almaq və şəxsiyyətin ilkin müəyyənləşdirilməsi üçün Türkiyə jandarmeriyası sərhəddən 5 kilometr aralıda nəzarət-buraxılış məntəqəsi yaradıb.

Oxşar faəllıq Kilis vilayətindəki “Oncupınar” keçid məntəqəsində də müşahidə olunur.

Jurnalistlərlə söhbətlərində qaçqınlar Suriyada 13 ildir davam edən münaqişədən bezdiklərini və normal həyata qayıtmaq istədiklərini bildirirlər.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya daha əvvəl bildirmişdi ki, 2024-cü il noyabrın 30-na olan məlumata görə, ölkədə 2 milyon 938 min suriyalı qaçqın var idi(azərtac).

Seçilən
16
4
azpost.info

5Mənbələr