AZ

Aİ daxili işlər nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Aİ daxili işlər nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri dekabrın 12-də Suriyadakı mövcud vəziyyəti və onun Avropa üçün mümkün nəticələrini müzakirə edəcəklər. Bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Simonyak "Polskie Radio"nun efirində məlumat verib.“Gələn cümə axşamı Aİ daxili işlər nazirlərinin görüşü baş tutacaq. Suriyada baş verənlərin nəticələri barədə danışacağıq”, - deyə nazir bildirib.Onun sözlərinə görə, Yaxın Şərq ölkəsindən Avropaya mümkün qaçqın axını kontekstində heç bir ssenari istisna oluna bilməz. Eyni zamanda, Semonyakın verdiyi məlumata görə, son 10 ildə Türkiyədə qaçqın düşərgələrində məskunlaşan bir çox suriyalı vətənlərinə qayıtmaq qərarına gəliblər.

Seçilən
11
afn.az

1Mənbələr